SON XƏBƏR

NATO ölkələri qoşunların Əfqanıstandan çıxarılmasını razılaşdırdı

Aprel 15
02:48 2021
NATO qoşunlarının Əfqanıstandan tədricən çıxarılması mayın 1-də başlanacaq.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv ölkələrin xarici işlər nazirliklərinin başçıları və müdafiə nazirlikləri ilə videokonfrans nəticəsinə əsasən bildirib.

"Biz hamımız birlikdə Əfqanıstanın ölkələrimizə qarşı terror hücumları təşkil edən terrorçuların sığınacağı olmadığına əmin olduq. Əfqanıstana təhlükəsizlik qüvvələri yaratmağa kömək edə bildik. Biz mayın 1-də Qətiyyətli Dəstək Əməliyyatı qüvvələrini çıxarmağa başlayırıq. Çıxış əlaqələndirilmiş və mütəşəkkil şəkildə baş verəcək. Bütün qüvvələr bir neçə ay ərzində Əfqanıstandan çıxarılacaq".

O, vurğulayıb ki, NATO əfqan xalqına kömək etməyə davam edəcək, amma əfqanlar özləri ölkədə sülh yaratmalıdır.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook