“Nar”ın əsas tərəfdaşlığı ilə “Balloon Festival” keçirildi
İyun 10
21:42
2024
"Nar”ın əsas
tərəfdaşlığı ilə bu yayın ən çox gözlənilən tədbirlərindən biri olan "Balloon
Festival” yekunlaşdı. İyunun 8-9-da Şamaxı rayonunda keçirilən festivalda 20
mindən çox ziyarətçi iştirak etdi.
Sərfəli təkliflərini regionlara daha da yaxın etmək məqsədinə sadiq qalan "Nar” festival zamanı müştərilərinin üstün xidmətlərə asan çıxışını təmin edib. Əsas tərəfdaş olaraq, "Nar” qonaqların səmada hava şarlarından, o cümlədən mobil operatorun brendini əks etdirən hava şarının uçuş mənzərəsindən həzz alması üçün rahat və canlı atmosferin yaradılmasına öz töhfəsini verib. Həmçinin, festival boyunca iştirakçıları maraqlı süprizlərlə sevindirən "Nar”onlara müxtəlif dəyərli hədiyyələr də təqdim edib.
Qeyd edək ki, milli irsin qorunub saxlanması və daha geniş miqyasda nümayiş etdirilməsi "Nar”ın əsas strateji istiqamətlərindəndir. Regionlarda əhəmiyyətli tədbirlərə dəstək verməklə "Nar” turistlər arasında Azərbaycanın ecazkar təbiətinə və zəngin mədəniyyətinə marağı artırır.
"Nar” festivalları, musiqi və idman tədbirlərini müştərilərinə daha da yaxın edərək onlar üçün maraqlı istirahət imkanları yaradır. "Nar”ın dəstəyi ilə həyata keçirilən layihələr haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək mümkündür.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil
operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq
sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.