SON XƏBƏR

“Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib

İyun 04
19:45 2024
"Nar” Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) 2 iyunda keçirilən tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak edib.

Qlobal.azxəbər verir ki, mərasim ölkə daxilində fəaliyyət göstərən müxtəlif sektorlardan olan özəl şirkətlərin və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.

Tədbirdə şəbəkələşmə, əməkdaşlıq və yenilikçi ideyaların mübadiləsi üçün əhəmiyyətli platforma imkanları təqdim edilib. Kiçik və orta bizneslərin böyüməsini və səmərəliliyini dəstəkləmək üçün "Nar” xüsusi olaraq hazırlanmış telekommunikasiya həllərini nümayiş etdirib. Bu həllər "Nar”ın biznesləri sərfəli xidmətlərlə təmin etmək öhdəliyinin bir hissəsidir.

Tədbirdə fəxri qonaq qismində çıxış edən "Nar”ın baş icraçı direktoru Qunnar Panke AHK Azərbaycan ilə əməkdaşlıqdan məmnunluğunu vurğulayaraq bildirib: "Telekommunikasiya sahəsində müxtəlif ehtiyaclara uyğun xidmətləri sərfəlilik strategiyamıza əsasən formalaşdırırıq. Xidmət və məhsullarımız müştərilərimizə ünsiyyəti hər zaman daha yaxın edir. Çünki "Nar” sənə ən yaxındır”.

AHK Azərbaycan 2012-ci ildən etibarən Alman iqtisadiyyatının Azərbaycanda rəsmi nümayəndəliyi olaraq şirkətlərə bazar və biznes araşdırmaları ilə bağlı məlumat və dəstək verir. 180-dən çox üzv şirkəti ilə AHK Azərbaycan Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. "Nar”ın AHK Azərbaycan ilə əməkdaşlığının əsas məqsədi ölkənin biznes mühitinin inkişafına dəstək olmaqdır.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook