SON XƏBƏR

Müsavata qarşı təxribat: "BASTA" ələ keçirildi, antitəbliğat başladı

Sentyabr 16
12:00 2016
Müsavat Partiyasının 100 min istifadəçisi olan "Basta" səhifəsi ələ keçirilib. 

Səhifədən sentyabrın 18-də saat 15.00-da "Məhsul" stadionunda olacaq mitinqlə bağlı "Yaşasın Respublika" eventi də silinib. 

Hazırda səhifədə Milli Şuranın mitinqinə çağırışlar edilir. 

Müsavat Partiyası bunu hakimiyyətin mitinqqabağı təxribatı kimi qiymətləndirib. 
 
Partiyadan Arqument.Az-a verilən məlumata görə, səhifədə Milli Şuranın mitinqi ilə bağlı paylaşımlarla belə qənaət yaratmaq istəyirlər ki, guya "Basta" səhifəsini Milli Şura üzvləri, cəbhəçilər oğurlayıb, məqsəd mitinq öncəsi müxalifət daxilində intriqa yaratmaqdır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook