SON XƏBƏR

"Ömür Dent" klinikası cərimələndi - Sertifikasiyadan keçməyənlər tibbi işçisi kimi fəaliyyət göstərib

Yanvar 12
19:37 2024
"Ömür Dent" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Səbinə Əli-Zadə Rabikovna olan "Ömür Dent" stomotoloji klinikasına protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 6000 manatdan 8000 manatadək məbləğdə cərimə edilir.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook