SON XƏBƏR

"Müharibə qaçılmaz olacaq, əgər..."- Baş nazirin müavini VİDEO

May 29
09:28 2016
Baş nazirin müavini Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxmalı olduğunu deyib.

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün müəyyən diplomatik irəliləyişlər var. Amma Ermənistan tərəfi torpaqları sülh yolu ilə azad etməyə razılaşmasa müharibə qaçınılmazdır”.

Bu sözləri  cəbhə xəttində yerləşən Tərtər rayonunda  səfərdə olan  baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, münaqişənin qan tökülmədən həll olunması üçün qarşı tərəf işğal altındakı ərazilərdən çıxmalıdır.    

"Münaqişənin dinc yolla həll edilməsinin tərəfdarıyıq. Azərbaycan Respublikasının prezidenti dəfələrlə dövlətimizin, xalqımızın və şəxsən prezident olaraq özünün mövqeyini ifadə edib. Əgər bu şərtlər altında münaqişə həllini tapmasa problemi həll edən amil əlbəttə Azərbaycanın əsgəri olacaqr”,- deyə Əli Əhmdov bildirib.  

Baş nazirin müavini aprel döyüşlərində fərqlənən hərbiçilərlə də görüşüb. Əsgər və zabitlərə hədiyyələr təqdim edildi.

Daha sonra baş nazirin müavini və millət vəkilləri təmas xəttində yerləşən Qapanlı kəndində oldular.  Hökumtə rəsmisi ərazidə aparılan bərpa işləri ilə maraqlanıb. Ümumilikdə, aprel döyüşləri zamanı Tərtər ərazisində 256 ev zərər görüb. Onlardan da 32 i birinci dərəcəli dağıntı hesab edilir. Bərpa işləri dövlət başçısının ayırdığı vəsait hesabına aparılır.
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook