SON XƏBƏR

Mühacir politoloq anasının yasına gələ bilmir

Fevral 17
12:30 2016
Görkəmli yazıçı Gülrux Əliyeva vəfat edib;
 
Leyla Əliyeva: "Özümü tam itirmişəm...”
 
Fevralın 15-də görkəmli yazıçı, Azərbaycan və SSRİ-nin dövlət xadimi olmuş Gülrux Əlibəyli vəfat edib. Mərhumun hazırda Avropa ölkələrinin birində mühacir həyatı yaşayan qızı, tanınmış politoloq Leyla Əliyevanın anasının yas mərasimində iştirakı sual altına düşüb. Belə ki, siyasi mühacirin öz ölkəsinə qayıdışı üçün dövlət qarantiya verməlidir. Leyla Əliyeva ilə bağlı bu qarantiyanı almaq mümkün olmayıb.
 
Bu barədə sosial şəbəkələr vasitəsilə əlaqə saxladığımız politoloqun özü məlumat verdi: "Dəfnə çata bilmədim. Yas mərasiminə gəlməyi mənə məsləhət bilmədilər. Çünki qarantiya barədə mənə məlumat verilmədi. Çox istəyirəm ki, anamın yas mərasimlərində iştirak edim. Amma bunun mümkün olacağını dəqiq bilmirəm. Açığı, heç bir aidiyyəti orqana yas mərasimində iştirak etməyimlə bağlı müraciət etməmişəm. Özümü tam itirmişəm, ona görə də hər hansı bir məsələ ilə bağlı qəti qərar verə bilmirəm. İnanmıram ki, yasda iştirak etməyim mümkün olsun”.
 
Siyasi mühacirin yaxınının yas mərasimində iştirakının proseduralarını, təhlükəli olub-olmamasını araşdırdıq.
 
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, belə hallarda siyasi mühacirə verilən "mühacir” statusu ləğv olunur: "Bu məsələ birbaşa siyasi mühacirin hansı ölkədə olmasına bağlıdır. Heç bir ölkə mühacirin yaxınının yasında iştirak etmək üçün ölkədən çıxışına qadağa qoymaz. Sadəcə, həmin ölkə mühacirin təhlükəsizliyini təmin edir. Amma siyasi mühacir öz ölkəsinə qayıdıb, təzədən xaricə gedirsə, o zaman artıq mühacir olmur. Bu statusu itirir. Mühacir o zaman sığınacaq istəyir ki, özünə qarşı hansısa bir təhlükə görür. Bu baxımdan Leyla xanım müraciət etsə, Azərbaycana gələ bilər. Ona təhlükə olması ehtimallarına gəlincə, deyə bilərəm ki, Leyla Əliyeva Azərbaycanı 2014-də tərk etdi. O zaman vətəndaş cəmiyyətinə basqı var idi. Onun da təşkilatını yoxlamışdılar. Leyla xanım ölkədən gedərkən, onun çıxışına hələ qadağa qoyulmamışdı. O, ölkəni tərk etməsə, təhlükə ola da bilərdi, olmaya da. Ən düzünü onun özü bilir. Ölkəyə gəlişinə heç bir qadağa qoyula bilməz. Amma yasda iştirak edəndən sonra onu təzədən prokurorluğa çağıra bilərlər. Çünki barəsindəki yoxlamalara son verilib-verilmədiyini dəqiq bilmirik. Amma yasdan sonra Leyla xanımın ölkədən çıxışına qadağa qoya bilərlər. Onun üçün çox ağırdır. Anası rəhmətə gedib, amma yanında ola bilmir. Gülrux xanım tanınmış şəxslərdən olub. Düşünürəm ki, Leyla xanım ağrı-acını xaricdə çəkəcək. Belə olması daha məqsədəuyğundur”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook