SON XƏBƏR

Mügənni Şəbnəmə görə baş redaktor hədələndi: ''Əgər ailə dağılsa səni tutub...'' SƏS YAZISI

Noyabr 04
13:40 2016
Bir neçə gün əvvəl müğənni Şəbnəm Tovuzlunun məmur sevgilisinin kim olması ilə bağlı Criminal.az saytında dərc olunmuş yazı geniş müzakirəyə, eyni zamanda tənqidə məruz qalmışdı.

Sayt müənninin sevgilisinin Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Eyvaz Əsgərov olmasını yazmışdı. Ş.Tovuzlu Criminal.az-a və digər saytlara açıqlamasında məlumatı təkzib etmişdi, eyni zamanda həmin məlumatı yazan şəxsin başının əzəcəyini anons etmişdi. 

Artıq bir neçə müğəninin anons etdiyi təhdid reallaşmağa başlayıb. Saytın baş redaktoru Anar Məmmədova E.Əsgərovun yaxınları zəng edərək hədələyir. Özünü E.Əsgərovun əmisi oğlu kimi təqdim edən Aslan adlı şəxs sayta zəng edərək həmin məlumata görə əmisi oğlunun ailəsinin dağılmaq üzrə olduğunu deyib. Daha sonra isə küçə söyüşləri ilə baş redaktoru hədələyib.

Buna da bax: ''O adam səni gətirib deyəcək ki, Şəbnəmi tanıyırsan əəə..?''

Həmin şəxsin səs yazısının bir hissəsini oxuculara təqdim edirik:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook