SON XƏBƏR

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb

Avqust 10
10:06 2016
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi yekunlaşıb.
 
Qaynarinfo.Az xəbər verir ki, respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin üçüncü mərhələsi (vakansiya seçimi) başa çatıb. 4-7 avqust tarixlərində keçirilən vakansiya seçiminə müvafiq keçid balını toplayan bütün namizədlər qatılıb.
 
İştirakçılardan 2371 nəfəri növbəti mərhələyə keçmək hüququ əldə edib.
 
Vakansiya seçimi mərhələsindən sonra nəticələr və müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət olunan namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.
 
Müvafiq keçid balını toplayan, lakin topladığı bal seçdiyi vakant yer üçün kifayət etməyən, bununla da müsahibə mərhələsinə keçmək hüququ qazanmayan namizədlər növbəti yerləşdirmədə iştirak edə bilərlər. Tutulmayan və tədris ili başlayanadək yeni yaranan vakant yerlər isə növbəti yerləşdirmədə elan ediləcəkdir. Növbəti yerləşdirmənin keçirilmə tarixi barədə əlavə məlumat veriləcəkdir.
 
Qeyd edəki ki, bu il respublikanın ümumi təhsil müəssisələrində mövcud olan 3 381 vakansiya müsabiqəyə çıxarılıb. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ingilis dili müəllimliyi ixtisasları üzrə namizədlərin sayı üstünlük təşkil edir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook