SON XƏBƏR

Müdafiə Nazirliyində brifinq keçirildi: "Təəssüf ki, itkilərimiz var" (VİDEO)

Sentyabr 14
18:34 2022
Azərbaycan Müdafiə Nazirliyində brifinq keçirilib.

Brifinqdə qurumun Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov danışıb.

O, Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatlar barədə ətraflı məlumat verib.

Anar Eyvazov bildirib ki, təxribata cəlb olunmuş Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və texnikası böyük itkilər verərək geri çəkilib: "Təəssüf ki, Ermənistan Azərbaycanın keçirdiyi "Qisas" əməliyyatı və xüsusilə Vətən müharibəsindən nəticə çıxarmayıb. Ermənistanın niyyəti bəllidir. Ermənistan terror-təxribat törətməkdə davam edib, Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə məruz qoyub".

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər Laçın və Daşkəsəndə olan bölmələrini atəşə tutublar.
 
"Hazırda vəziyyət gərgin olaraq qalır. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Təəssüf ki, itkilərimiz var bu barədə ətraflı məlumat ictimaiyyətə açıqlanacaq", deyə MN rəsmisi bildirib.

Anar Eyvazov eyni zamanda xüsusilə erməni KİV-də yayılan dezinformasiyalara inanmamağa, ancaq rəsmi məlumatlara müraciət etməyə çağırıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook