SON XƏBƏR

Mübariz Mənsimov doğma qardaşını da aldadıbmış: Erməni və mafiya ilə əlaqəsi var - VİDEO

Sentyabr 30
14:53 2021
Adı FETÖ ilə yanaşı çəkilən Mübariz Mənsimovun öz dogma qardaşı Maarif Mənsimova qarşı dələduzluq etməsi barədə Türkiyə mətbuatında dərc olunmuş xəbərlər Azərbaycan ictimaiyyətində hələ də müzakirə olunur. Əsas səbəb M.Mənsimov indiyə qədər özünü həmişə "xeyirxah”, "nümunəvi ictimai xadim” obrazda təqdim etməsidir.

Türkiyə mətbuatının yaydığı məlumatlardan isə ictimaiyyət aldanıldığını gördü. Çünki adam az qala hər salam verdiyi adama qarşı dələduzluq edibmiş!

Həmin təfərrüatlı xəbərlərdə bildirilir ki, FETÖ-yə (Fətullahçı terror təşkilatı) yardım etdiyi üçün beş il müddətinə cəzaya məhkum edilmiş Mübariz Mənsimov barəsində bu dəfə qardaşı Maarif Mənsimov şikayət edib. O, qardaşının dələduzluq etməsindən şikayətlənib.

Prokurorluğa təqdim olunmuş şikayət ərizəsində Maarif Mənsimov 2018-ci ilə qədər qardaşına məxsus "Palmali” Şirkətlər Qrupunda baş menecer olduğunu, yalnız gəmiçilik və nəqliyyat fəaliyyətini idarə etdiyini bildirib. Hətta Maarif Mənsimov ərizəsində qardaşının çirkli əməllərinə və şəriklərini aldatmasına etiraz olaraq, şirkətdəki bütün vəzifələrindən imtina etdiyini bəyan edib.

Maarif Mənsimov ərizəsində qardaşının bir gəmini üç nəfərə satdığını, çirkli pulları yuyanlar və mafiya ilə yaxın əlaqələr qurduğunu, erməni əsilli mafiya başçısı Levon Termedzyan və Sezgin Baran Korkmaz kimi çirkli pulları yuyanlar ilə yaxın ticarət əlaqələri qurduğunu etiraf edib.

Mübariz Mənsimovun "Sberbank”, "Lukoil” kimi yerli və xarici qurumlara ziyan vura biləcək saxtakarlıqlar etdiyi qeyd olunan ərizədə "Etdikləri hüquqazidd hərəkətləri ilə dövlətə və cəmiyyətə zərər verən bu insanların haqq etdiyi cəzanı alması üçün bu şikayəti etməyi vacib saydım” - deyə o, prokurorluğa yazdığı ərizəsində bildirib.

Qardaşı Mübariz Mənsimovun şirkətinin rəhbəri olan Nuray N.P. ilə birlikdə işlədikləri hər kəsi saxta vədlərlə aldatdığını bildirən Maarif Mənsimov 17 il əvvəl qardaşından satın aldığı Beşiktaşın Ulus məhəlləsindəki villasının sənədlərini hələ də ala bilmədiyini də bildirib.

Şikayət ərizəsində Mübariz Mənsimovun bu villanı borcları qarşılığında banka girov qoyduğu və barəsində evdən çıxarılma ilə bağlı qərar verildiyi də vurğulanıb.

Beləliklə, Mübariz Mənsimov Türkiyədə iş gördüyü, tərəfdaş münasibətdə olduğu, şəriklik etdiyi, işə götürdüyü hər kəsə qarşı fırıldaqçılıq edib, aldadıb. Ən sonda isə qardaşına qarşı da etdiyi bu hərəkət Türkiyə mediasında geniş işıqlandırılıb. Bununla da M.Mənsimovun qaranlıq keçmişinə bir daha işıq salınıb. Lap Ramiz Rövşənin "Dünya qəfil işıqlansa” şeirində olduğu kimi. Sən demə adam xeyirxah yox, dələduz imiş!
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook