SON XƏBƏR

Mübariz erməniləri bu gün darmadağın etmişdi - Video

İyun 18
14:21 2016
Bu gün erməni işğalçıları ilə döyüşdə inanılmaz şücaət göstərərək şəhid olan Mübariz İbrahimovun ölümündən 6 il ötür.
 
Axar.az xəbər verir ki, 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olan Mübariz İbrahimov 2005-ci ildə hərbi xidmətə çağırılıb. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə əsgəri xidməti keçərək 2007-ci ildə çavuş, 2009-cu ildə isə gizir rütbəsində çalışdıqdan sonra öz istəyi ilə cəbhə bölgəsində hərbi xidmətə yollanıb.
 
2010-cu il iyunun 18-də, saat 23:00-da təmas xəttindəki bir kilometrlik minalanmış sahəni keçərək düşmənlə beş saat təkbaşına döyüşüb, Ermənistan silahlı qüvvələrinin çoxlu əsgər və zabitini məhv etdikdən sonra səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.
 
Xatırladaq ki, ona ölümündən sonra Milli Qəhrəman adı verilib və Azərbaycan uğrunda göstərdiyi şücaətə görə "İlin adamı” seçilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook