SON XƏBƏR

Moldovada etirazçılar parlamenti tutdu

Yanvar 21
00:17 2016

Moldovada yeni hökumət başçısının təyin edilməsinə qarşı keçirilən aksiya parlamentin tutulması ilə nəticələnib.

 
Etirazçılar siyasətçi Pavel Filipin baş nazir təyin edilməsinə qarşı qıxıb. Bir neçə saat davam edən aksiya nəticəsində etirazçılar ölkə parlamentinin qarşısında polis kordonunu yara bilib.
 
Moldovanın "Tv Moldova 1” telekanalı aksiyanı canlı yayımlayır. Aksiya iştirakçıları polislərin dəyənəyini də alıb. Bununla belə hüquq mühafizə orqanlarına etirazçılarla toqquşmaya getməmək tapşırılıb.
 
***
 
Bu gün axşam saatlarında Moldovanın paytaxtı Kişinyovda minlərlə nümayişçi parlament binasının qarşısına toplaşaraq, millət vəkillərinin Pavel Filipin rəhbərliyi altında yeni hökuməti təsdiq etməsinə etirazlarını bildiriblər. Nümayişçilər parlament binasını perimetri üzrə mühasirəyə alıblar. Parlamentin qarşısında polis altı cərgə düzülərək nümayişçilərin binaya yaxınlaşmasına mane olmağa çalışır.
 
azadlıq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook