SON XƏBƏR

Moldova parlamenti baş naziri istefaya göndərdi

Oktyabr 29
17:40 2015
Oktyabrın 29-da Moldova parlamenti baş nazir Valeri Streletsə etimadsızlıq göstərib.
 
Qlobalinfo.az xəbər verir ki, baş naziri istefaya göndərmək üçün 51 səs lazım olub, amma qərar layihəsini daha çox deputat – 65 nəfər dəstəkləyib. Sentyabrın 25-dən paytaxt Kişinyovda hökumət əleyhinə davamlı mitinq və piketlər keçirilir. Aksiyaçılar kommersiya banklarında 1 milyard avronun batmasında hökuməti təqsirli bilir, istefa tələb edirlər. 45 yaşlı Valeri Strelets Liberal Demokrat Partiyasının sədr əvəzidir, bu il iyulun 30-da baş nazir təyin olunmuşdu



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook