SON XƏBƏR

Milyarder İlham Rəhimov Azərbaycanın İvanişvilisi olmaq istəyir? - Mirşahindən şok ittihamlar + VİDEO

Dekabr 25
02:02 2018
"Mən Rusiya milyarderi İlham Rəhimovun Bakıda aktivləşməsindən narahat olan jurnalist Eynulla Fatullayevi əla anlayıram”.

Virtualaz.org bildirir ki, bunu jurnalist Mirşahin Ağayev özünün televiziyadakı müəllif proqramında efirdən bəyan edib.

"Qafqazın sərdarı kimi Bakıda oturmaq, general-qubernator və İvanişvili statusuna iddia etmək – olduqca təhlükəli tendensiyadır. Dünyada belə - ” Putinin sinif yoldaşı” kimi siyasi inanc yoxdur”, – o, deyib.

Onun sözlərinə görə, İlham Rəhimovun bəzi bəyanatlarını özünü Azərbaycanda Rusiyanın qeyri-rəsmi protejesi elan etmək cəhdi kimi qiymətləndirmək olar.

"Yeri gəlmişkən, bu adamın xaricdə oturan və Azərbaycanı ittiham edən insanlara hücum etdiyini görməmişəm. Maraqlanmaq lazımdır: Azərbaycanın öz İlhamı var, yad İlham kimə lazımdır?”– o, vurğulayıb.

Xatırladaq ki, daha əvvəl İlham Rəhimovun ünvanına tənqidlə parlamentin plenar iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov çıxış etmişdi.

Müşahidəçilər və siyasi ekspertlər Bakıda Rusiya milyarderi İlham Rəhimovun siyasi aktivliyini qeyd edirlər. Bu yaxınlarda o, Azərbaycanda siyasi ambisiyalarını açıq şəkildə nümayiş etdirməyə başlayıb və Bakıda siyasi təsir uğrunda mübarizə aparmaq niyyətlərini gizlətmir.

İ. Rəhimovun aktivləşməsi bir çox suallar doğurur, çünki onun bütün işi Rusiyada cəmləşir. Bakıda isə milyarder əsasən sosial- siyasi fəaliyyətlə məşğul olur, tez-tez bəyanatlar verir, ölkənin daxili həyatına qarışır, Rusiya-Azərbaycan münasibətlərinin təminatında xüsusi qarant roluna iddia edir.
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook