“Meşədə yatdığımız yerə mərmi düşdü…” (VİDEO)
Yanvar 22
09:37
2021
Hərbi həkim, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı qüvvələrinin zabiti Namiq Seyfəddinli 44 günlük Vətən savaşının qazilərindən biridir. Qəbələ rayonunda anadan olmuş Namiq Seyfəddinli Dövlət Tibb Universitetini hərbi həkim ixtisası üzrə bitirib, Naxçıvana təyinat alıb və orada polkovnik Tehran Mənsimovun məsləhəti ilə xüsusi təyinatlı qüvvələrin sıralarında xidmətə başlayıb.
Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsinə Naxçıvan Ümumqoşun Ordusu xüsusi təyinatlılarının sıralarında qatılıb. Cəbrayıl, Xocavənd, Hadrut istiqamətində hərbi həkim kimi döyüşlərdə iştirak edib. Daha sonra "Yaşma” kimi tanınan xüsusi təyinatlıların həkimi yaralandığı üçün onu əvəz etməyə başlayıb, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı” adına və çoxsaylı orden-medallara layiq görülən Ramiz Cəfərovla birlikdə döyüşüb. Çoxsaylı yaralılara yardım edib, Laçın dəhlizi istiqamətindən Şuşaya irəliləyən xüsusi təyinatlı qüvvələrlə birlikdə olub.
Noyabrın 5-nə keçən gecə, xüsusi təyinatlıların ilk qrupları Şuşaya daxil olub şəhərə girişi nəzarətə götürməsindən bir neçə saat sonra ağır yaralanıb. Həmin vaxt Namiq və döyüşçü yoldaşları gecə saatlarında Şuşa ətrafındakı meşəlikdə mövqe tutmuşdu. Bu vaxt düşmənin atdığı mərmi onların yatdığı yerə düşüb, polkovnik-leytenant Ramiz Cəfərovla birlikdə 13 xüsusi təyinatlı şəhid olub. Namiq və daha bir neçə döyüşçü yaralanıb...

Namiq Seyfəddinlinin YouTube kanallarından birində yerləşdirilmiş döyüş xatirələrini təqdim edirik: