Məleykə Abbaszadə Şamaxıda vətəndaşları qəbul edəcək
Fevral 18
13:10
2016
Fevralın 19-da saat 11:00-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, qəbulda Şamaxı, Qobustan, İsmayıllı, Qəbələ rayonlarının sakinləri, bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar TQDK-nın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməli (http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Göyçay regional bölməsinə (ünvan: Göyçay şəhəri, Rauf İsayev küçəsi,43. Tel: (020) 274-66-74 ) müraciət etməlidirlər.
Bundan əlavə, qəbulda iştirak etmək istəyənlər qeydiyyat üçün fevralın 10-dan 18-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) Şamaxı, Qobustan, İsmayıllı və Qəbələ rayon təhsil şöbələrinə müraciət edə bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Qlobal.az



