Məktəblərdə “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr
Fevral 12
13:21
2016
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları tərəfindən paytaxtın təhsil müəssisələrində "Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr keçirilir.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, xüsusi cədvələ əsasən təşkil olunan mühazirələrdə əməkdaşlar slayddan istifadə edərək mövzu ilə bağlı şagirdləri məlumatlandırırlar.
Qeyd edək ki, tədbirlərin keçirilməsinin əsas məqsədi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması və onlara dövlətçilik tarixinin öyrədilməsidir.
Bakının 8, 17, 61, 239 nömrəli tam orta məktəblərində keçirilən mühazirələrdə məktəblilərə Azərbaycan bayrağının keçdiyi tarixi yol barədə məlumat verilib.
Dövlət bayrağının milli birliyin nişanəsi, mənəvi, siyasi, ideoloji baxımdan dövlətin və bu dövləti təşkil edən millətin varlığını göstərən rəmz olduğu bildirilib.
Böyük ideoloji əhəmiyyət daşıyan mühazirələr şagirdlərin marağına səbəb olub.
İştirakçılara döş nişanları və "Bayrağımız qürur mənbəyimizdir” mövzusunda bukletlər paylanılıb.
Qlobal.az



