SON XƏBƏR

Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan “Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir

Mart 18
11:21 2024
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xalqımızın rifahına, dövlətimizin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyətdir. Mehriban xanım ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilən tədbirlər təkcə Azərbaycanla məhdudlaşmır, eyni zamanda sülh və sabitliyin təmin edilməsində önəmli rol oynayan sivilizasiyalararası dialoq mühitinin formalaşdırılması, dünya mədəni irsinin qorunması üzrə aktual məsələləri də əhatə edir. Bütün bu qeyd edilən məsələlərə əsasən deyə bilərik ki, bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident cənab İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.
    
Mehriban xanım Əliyevanın  fəaliyyətində diqqət çəkən əsas istiqamətlərdən biri də ekoloji problemlərin həllinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsidir. Müasir Azərbaycanda ekoloji mədəniyyətin inkişafı və təbiətin mühafizəsi ilə bağlı böyük dövlət adamı Heydər Əliyevin tarixi fikirləri məhz Mehriban xanım Əliyevanın əməli fəaliyyəti nəticəsində öz yüksək təcəssümünü tapmışdır. Ulu Öndər Heydər Əliyev "Bir ağacı kəsən, elə bil mənim qolumu kəsir” demişdisə, Mehriban xanım Əliyeva Azərbaycanda yaşıllıq zonalarının salınması, ekoloji mədəniyyətin inkişaf etdirilməsi və ənənəvi ağacəkmə layihələrinin əsasını qoymuşdur. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə böyük ekoloji layihələr icra edilməkdədir. 2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanımın təşəbbüsü ilə başlanan "Hərəyə bir ağac əkək” kampaniyası bu gün də davam etdirilir. Kampaniya başlayandan sonra respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar, ayrı-ayrı idarə və müəssisələrin kollektivləri bu çağırışa səs verərək yaşıllaşdırma kampaniyasına qoşulmuşdur. Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır. Təkcə 2020-ci ildə – "Nəsimi İlində” Mehriban xanımın ideyası və təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkilmişdir.
Ətraf mühitin sağlamlaşdırılmasına, ekoloji problemlərin həllinə töhfə olan bu layihə çərçivəsində respublikanın bütün guşələrində yüz minlərlə ağac əkilmiş, yeni parklar və bağlar salınmışdır.
    
Bakıda IDEA-nın təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilmiş və beynəlxalq ekspertlərin diqqəti Azərbaycanda, eləcə də bütün Qafqazda biomüxtəlifliyinin qorunmasına yönəldilmişdir.
 
Artıq dörd ildir xalqımız birlik, həmrəylik, bolluq, bərəkət rəmzi olan Novruz bayramını fərqli ovqatda, xoş əhval-ruhiyyə ilə qeyd edir. 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi yazıldı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu.
 
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
    
Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına əsasən tərtib edilmiş Tədbirlər planına uyğun olaraq respublikamızın bütün bölgələrində "Hərəyə bir ağac əkək” ağacəkmə aksiyası keçirilmişdir. Ağacəkmə aksiyasında yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilmişdir. Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə ekoloji tarazlığın təmin edilməsinə dəstək, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verilməsindən ibarət idi.
    
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə işlənib hazırlanmış "Hərəyə bir ağac əkək” layihəsinin icrasına Azərbaycanın birinci xanımının iştirakı ilə onun deputat seçildiyi Əzizbəyov rayonundan başlanmış, bu çağırış ölkəmizin bütün bölgələrində dərin razılıq hissi ilə qarşılanmışdır. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması, Vətənimizin abad, yaşıl, çiçəklənən diyara çevrilməsi naminə başlanan bu hərəkatın əhəmiyyətini yerlərdə yaxşı başa düşür və lazımınca yerinə yetirilir.
    
Hal-hazırda da bu kompaniya ölkəmizin bütün regionlarında davam etdirilir, respublikanın daha da yaşıllaşmasına, gözəlləşməsinə şərait yaradılır.

Qalib Rzayev,
Salyan şəhər Yaşıllaşdırma MMC-nin rəisi      



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook