SON XƏBƏR

Məhkəmə yol nəqliyyat hadisəsi yerindən qaçmaqda təqsirləndirilən şəxsə bəraət verib

Yanvar 08
18:36 2016
Azərbaycanda məhkəmə yol nəqliyyat hadisəsi yerindən qaçmaqda təqsirləndirilən şəxsə bəraət verib. Bu barədə "Report”a həmin şəxsin vəkili Ceyhun Yusifov bildirib.
 
Belə ki, bu gün Nizami rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi keçirilən prosesdə Cəmaləddin Həsənov barəsində bəraət hökmü çıxarılıb.
 
Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2015-ci ilin may ayında metronun "Koroğlu” stansiyasının yaxınlığında baş verib. C.Həsənov Cinayət Məcəlləsinin 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə təqsirləndirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook