Məhkəmə sədrinin oğlu dələduzluğa görə həbs edildi
Yanvar 16
14:18
2024
Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyevin oğlu Məzahir Quliyev həbs edilib.
"AzPolitika.info” xəbər verir ki, bu barədə "Gününsəsi.info” özəl mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Məzahir Quliyev barəsində həbs-qətimkan tədbirinin seçilməsinə səbəb onun ikinci dəfə eyni cinayətdə təqsirli bilinməsidir. Belə ki, Məzahir Quliyev daha əvvəl dələduzluq əməlinə görə şərti cəza alıb.
Xatırladaq ki, hakim İlqar Quliyevin "Tərtər İşi” çərçivəsində barəsində ağır cəzalar təyin etdiyi xeyli sayda hərbçi sonradan bəraət alıb.
Qlobal.az