Mayis Bərxudarov vəzifəsindən azad edilib - Yerinə kim təyin olundu? VİDEO
Oktyabr 07
03:46
2024
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunda mühüm kadr dəyişikliyi olub.
General-mayor Quliyev Vilayət Bərxuda oğlu 2-ci ordu korpusuna komandir təyin olunub.
Qeyd edək ki, həmin korpusun komandiri general-leytenant Mayis Bərxudarov idi. Mayis Bərxudarov sərəncama götürülüb.
"AzPolitika”-nın xəbər verir ki, 2-ci ordu korpusunun yeni komandiri Vilayət Quliyev Cəbrayıl rayonundandır.
Vilayət Quliyevin rəhbərlik etdiyi hərbi hissə 44 günlük Qarabağ savaşında Füzuli, Cəbrayıl, Hadrut istiqamətində bir çox yaşayış məntəqələrini işğaldan azad edib.
V.Quliyev şücaətlərinə görə Prezidentin Sərəncamı ilə "Rəşadət” ordeni ilə təltif edilib.
Prezident İlham Əliyevin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Vilayət Bərxuda oğlu Quliyevə general-mayor ali hərbi rütbəsi verilib.