Makron Gürcüstanda etirazlar fonunda İvanişvili ilə danışdı
Dekabr 11
17:42
2024
Fransa prezidenti Emmanuel Makron Gürcüstanda baş verən son hadisələr fonunda hakimiyyətdə olan Gürcü Arzusu Partiyasının fəxri sədri Bidzina İvanişviliyə zəng edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyska pravda” Yelisey Sarayının danışıqlardan sonra dərc etdiyi kommünikeyə istinadən məlumat yayıb.
Telefon söhbəti Makronun təşəbbüsü ilə baş tutduğu bildirilir.
Yelisey Sarayının bəyanatında deyilir: "Prezident müxalifətin və vətəndaş cəmiyyəti nümayəndələrinin qorxudulmasını və hüquq-mühafizə orqanlarının dinc etirazçılara və jurnalistlərə qarşı hərəkətlərini pisləyib. O, səbəbsiz saxlanılanların hamısının azad edilməsinin vacibliyini bildirib və ifadə azadlığına və sərbəst toplaşmaq azadlığına hörmət etməyə çağırıb”.
Makron Gürcüstanın Avropa yolundan dönməsinə təəssüfləndiyini bildirib və təkrarlayıb ki, Aİ ilə Gürcüstan arasında olan münasibətlər mütləq Gürcüstan hökumətinin gördüyü və ya bundan sonra görəcəyi işlərdən asılı olacaq.
Fransa prezidenti "bütün siyasi qruplar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə gürcü xalqının Avropa və demokratik istəklərinə hörmətlə yanaşaraq inklüziv dialoqa” çağırıb.
Söhbətlə bağlı "Gürcü Arzusu”nun bəyanatında qeyd olunur ki, İvanişvili Makrona təşəbbüsə görə təşəkkür edib və ölkədə gərginliyi azaltmaq üçün birgə səylər ideyasını dəstəkləyib. O, həmçinin qeyd edir ki, guya tərəflər yaxın günlərdə yenidən danışmaq və əldə edilən irəliləyişi qiymətləndirmək barədə razılığa gəliblər. "Gürcü Arzusu” qeyd edib ki, söhbət bir saata yaxın davam edib.