SON XƏBƏR

"Mahal" MTK-nın binasının üzlüyü qopdu, avtomobillərin üzərinə töküldü - FOTO

Yanvar 07
10:55 2024
Bakıda "Mahal" MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binanın fasadı uçub. 

Qaynarinfo-nun məlumatına görə, hadisə MTK-ya məxsus Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə - Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş verib. 

Belə ki, dünən axşam binanın üzlüyü qoparaq avtomobillərin üzərinə düşüb. Xeyli sayda avtomobilin zərər gördüyü deyilir. 

Məsələ ilə bağlı Qaynarinfo-ya MTK-nın özünü təqdim etməyən nümayəndəsi bildirib ki, yüngül hadisə baş verib. Onun sözlərinə görə, binanın qopan üzlüyü daş deyil: "Nazik fasaddır, qopub. Yaxın günlərdə bərpa ediləcək. Binanın digər yerlərində olan üzlük möhkəmdir".
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook