SON XƏBƏR

Macarıstan Rusiyadan əlavə qaz almaq üçün danışıqlar aparır

Sentyabr 05
09:20 2022
Macarıstan həm Rusiyadan, həm də Qərb ölkələrindən əlavə qaz almaq niyyətindədir.

"Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

"Mən hər iki dominant istiqamətdə, yəni şərq və qərbdə 732 milyon kubmetr qazın alınması ilə bağlı danışıqlar aparıram”, - nazir bildirib.

Onun sözlərinə görə, Rusiyadan qaz almaq qərarını özü verib və Moskvaya səfəri zamanı 732 milyon kubmetr qazın hazırda "Rusiya mənbələri olmadan bazarda almaq mümkün deyil” fikrini səsləndirib:

"Ona görə də mən bu məbləği qismən Rusiyadan, qismən də digər qərb mənbələrindən almaq istərdim. Danışıqlar davam edir və o, onların nəticələri barədə spekulyasiya etmək istəməzdim. Gələn həftə nəticələri barədə məlumat verəcəyimə söz verirəm”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook