Lukaşenko və Paşinyan arasında mübahisə olub - VİDEO
Dekabr 27
02:20
2024
Belarus Prezidenti Aleksandr Lukaşenko və Ermənistan Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində Ermənistanın növbəti iclasdakı iştirak formatı ilə bağlı mübahisə ediblər.
"AzPolitika" BELTA-ya istinadən xəbər verir ki, mübahisə Paşinyanın 2025-ci ilin mayında Minskdə keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasına Ermənistan nümayəndə heyətinin distant formatda qatılacağını bildirməsindən sonra yaranıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko isə toplantıya videokonfrans formatında qatılan Paşinyana irad tutub: "Burada nə problem var? Məgər Minsk bu qədər uzaqdır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur?! Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik”.
Paşinyan isə mövqeyini dəyişməyəcəyini vurğulayıb və "Bu məsələ ilə bağlı açıq bəyanatım var və o bəyanat qüvvədədir," deyə cavab verib.

Qeyd edək ki, sözügedən sammit dekabrın 29-da keçiriləcək.