Lənkəranda Qurban bayramı yüksək əhval-ruhiyyədə qeyd olunub
İyun 16
17:06
2024
Hər il olduğu kimi, bu il də Azərbaycanda müqəddəs Qurban bayramı geniş şəkildə qeyd olunub.
Lənkəranda da heyvan kəsimi Qida Təhlükəsizliyi Agentliyi və şəhər icra hakimiyyəti tərəfindən yaradılmış kəsim məntəqəsində həyata keçirilib.
Kəsim şəraiti baytarlıq-sanitariya və gigiyena normalarına uyğun şəkildə aparılıb. Şəhər icra hakimiyyəti bayram günləri ərzində də monitorinqlərini davam etdirəcək.
Qeyd edək ki, Qurban bayramı münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və "Emin TK" MMC-nin rəhbəri, iş adamı Emin Bağırovun dəstəyi ilə xeyriyyə tədbiri də təşkil olunub. Lənkəran ŞİH-in rəsmi şəxslərinin də qatıldığı tədbirdə şəhid ailələrinə, Vətən müharibəsi əlillərinə, aztəminatlı ailələrə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara qurbanlıq əti paylanılıb.