SON XƏBƏR

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov əhali ilə müntəzəm təmasdadır - STATİSTİKA

Fevral 21
08:30 2024
Prezident İlham Əliyev cənablarının tapşırığına əsasən rayon icra Hakimiyyətlərinin başçıları vətəndaşların yerlərdə problemlərini öyrənmək və operativ qaydada aradan qaldırmaq məqsədi ilə son illər qrafikə uyğun olaraq əhali ilə səyyar görüş-qəbullar keçirir. 
 
Qlobal.az xəbər verir ki, ötən il əhali ilə, xüsusən də şəhid ailələri, veteran və qazilərlə mütəmadi görüşlər keçirən icra hakimiyyətlərindən bir də Lənkəran şəhər İcra Hakimiyyəti olub. 
 
Tərtib olunmuş qrafikə əsasən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov tərəfindən 2023-cü il ərzində rayonun bütün inzibati ərazi dairələrini əhatə etməklə ümumilikdə 44 səyyar görüş-qəbul keçirilmişdir.
 
Görüşlərin keçirilməsində əsas məqsəd əhalini narahat edən məsələləri, şəxsi problemləri onların özlərindən öyrənmək, ərazilərin sosial-iqtisadi inkişafı ilə yerində tanış olmaqdan ibarətdir. İl ərzində keçirilən səyyar görüş-qəbullarda 5160 (beş min yüz altmış) vətəndaş iştirak etmiş, 283 (iki yüz səksən üç) vətəndaş şəhər İcra hakimiyyətinin başçısına müraciət etmiş, ümumilikdə qaldırılan məsələlərin cəmi 308 (üç yüz səkkiz) olmuşdur.
 
Vətəndaşlar tərəfindən qaldırılan 165 (yüz altımış beş) məsələ müsbət həll edilmiş, 122 (yüz iyirmi iki) müraciətlə əlaqədar vətəndaşlara qanunamüvafiq cavablar verilmişdir. 21 (iyirmi bir) müraciətlə bağlı ŞİH tərəfindən aidiyyəti təşkilatlara rəsmi məktublar ünvanlanmışdır.
 
Qeyd edək ki, Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında da əhali ilə xeyli sayda görüşlər keçirib. 
 
Belə ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı yanvar ayının 11-də Mamusta və Daşdalıqcar, yanvar ayının 18-də Vilvan, 23 yanvarda Haftoni, 26 yanvarda Zövlə, fevral ayının 4-də Xanbulan, 10 fevralda Boladi, 15 fevralda isə Şağlaküçə və Ballabur kəndlərində səyyar görüş-qəbul keçirib. 
 
Səyyar görüş-qəbulda icra başçısı ilə birlikdə icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

Görüşdə əhalinin təklif, qayğı və problemləri dinlənilib. Qaldırılan məsələlərin həlli ilə bağlı göstərişlər verilib. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook