SON XƏBƏR

Küləyin sındırdığı ağac azyaşlının başına düşüb

Avqust 07
12:59 2016
Ağstafada güclü küləyin qırdığı ağac 9 yaşlı uşağın başına düşüb. Modern.azsaytı APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində baş verib.
 
Kənd sakini, 2007-ci il təvəllüdlü Əsmər Şəmşir qızı Nəsibova atası ilə yol gedərkən güclü külək əsməyə başlayıb. Külək nəticəsində yolun kənarındakı ağacın böyük budağı sınaraq Əsmərin başına düşüb. Xəsarət alan qız Ağstafa rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. Azyaşlıya boyun fəqərələri və kəllə sümüyü sınığı diaqnozu qoyulub.
 
Ə. Nəsibova müalicə almaq üçün Bakıda olan xəstəxanaların birinə aparılacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook