SON XƏBƏR

Kristensen Avropa çempionatlarında dəqiq ötürmələrə görə rekord müəyyənləşdirib

İyun 17
08:00 2024
Danimarka millisinin və "Barselona"nın müdafiəçisi Andreas Kristensen Avropa çempionatlarında dəqiq ötürmələrə görə rekord müəyyənləşdirib.

"Report" "Opta"ya istinadən xəbər verir ki, futbolçu bunu Almaniyada gerçəkləşən Avropa çempionatının qrup mərhələsinin I turu çərçivəsində Sloveniya ilə oyunda reallaşdırıb.

Danimarkalı müdafiəçi görüş ərzində ümumilikdə 89 dəqiq (100 faizlik) ötürmə edərək Avropa çempionatında rekorda imza atıb.
Qeyd edək ki, Sloveniya - Danimarka matçı 1:1 hesabı ilə yekunlaşıb. Matçda qolları Kristian Eriksen (17-ci dəqiqə) və Erik Yanja (77-ci dəqiqə) vurub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook