Krım tatarları Bakıda aksiya keçirdi VİDEO
May 18
18:27
2016
Bir qrup Krım tatarı bu gün tarixi vətənlərindən deportasiyalarının növbəti ildönümünə həsr olunmuş aksiya keçirib. Şəhidlər xiyabanında toplaşan krımlılar 1918-1920-ci illərdə Bakıda bolşeviklərlə döyüşlərdə həlak olmuş türk əsgərlərinin abidəsini ziyarət ediblər. Abidə önünə çələng qoyduqdan sonra onlar Qarabağ döyüşlərində həlak olmuş Azərbaycan əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Xatırladaq ki, 1944-cü ildə Stalinin əmri ilə yüz minlərlə tatar – bu yarımadanın əsl tarixi sakinləri Krımdan deportasiya olunub. Onların yarısı Sibirə və Qazaxıstana gedərkən yolda həlak olub.
Aksiya iştirakçıları 1944-cü ildə deportasiya zamanı həlak olmuş tatarlar və düşmənlərlə döyüşlərdə həlak olmuş türk əsgərlərinin ruhuna dualar oxuyublar.
Aksiya başa çatdıqdan sonra Xiyabanın yanına gələn Ukrayna səfirliyinin maşınları aksiya iştirakçılarını səfirliyə qəbula dəvət ediblər…Xatırladaq ki, 1944-cü ildə Stalinin əmri ilə yüz minlərlə tatar – bu yarımadanın əsl tarixi sakinləri Krımdan deportasiya olunub. Onların yarısı Sibirə və Qazaxıstana gedərkən yolda həlak olub.
2014-cü ildə Krımın Rusiya tərəfindən işğal edilməsindən sonra tatarların hüquqları yenidən pozulmağa başlayıb və minlərlə insan Vətənini tərk etmək məcburiyyətində qalıb.
Qlobal.az