SON XƏBƏR

Koroğlu Rəhimov küçəsində inşa edilən piyada keçidi sökülür - VİDEO

Mart 27
13:50 2023
Koroğlu Rəhimov küçəsində icazəsiz tikilən yerüstü piyada keçidi sökülür.

"Qafqazinfo" xəbər verir ki, ilkin məlumata əsasən, Şəhərsalma və Arxitektura Komitəsi keçidin sökülərək əvvəlki vəziyyətinə qaytarılması üçün aidiyyəti orqanlara müraciət edib. 

Qeyd edək ki, hazırda bura yaxın ərazidə, Odlar Yurdu Universitetinin qarşısında işıqforla tənzimlənən "zebra" keçidi var.

Xatırladaq ki, sözügedən keçidin tikintisi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu. Qeyd edilirdi ki, tikinti rəsmi icazə olmadan aparılır və ümumiyyətlə belə bir keçidə ehtiyac yoxdur.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook