Kilsə həkimlərin müqəddəs kimi təsvir olunmasına etiraz edir
Aprel 30
10:52
2020
Rumıniya Pravoslav Kilsəsi aprelin 29-da bildirib ki, koronavirus xəstələrini müalicə edən tibb bacıları və həkimlərin müqəddəslər kimi təsvir olunması xristian ikonoqrafiyasına təhqirdir.
Bu kampaniya "cəhalətdən qaynaqlanan pis zövq, xristianlığı yalnız karikatura formasında təsvir etməyi bacaran gizli ideologiya ilə xarakterizə olunur”, – kilsənin sözçüsü Vasile Banescu deyib.
Avropada belə posterlər geniş yayılıb, bu yolla tibb işçilərinə pandemiya dövründəki fəaliyyətlərinə görə təşəkkür olunur. Posterlərdə tibb bacıları və həkimlər dini incəsənət elementləri ilə birlikdə təsvir edilir.
Banescu deyir ki, bu posterlər nəinki "küfr hərəkət”dir, həmçinin həkimlərə təhqirdir, onlar özlərini müqəddəs, yaxud xilaskar hesab etmirlər.
Buxarest şəhər şurası küçə reklamı şirkətlərindən bu posterləri yığışdırmağı xahiş edəcəyini deyib.
McCann Worldgroup reklam şirkəti isə posterlərin "həkimlərə təşəkkür jesti” olduğunu deyib.
Rumıniyalıların əksəriyyəti pravoslavlardır və kilsənin 20 milyonluq ölkədə nüfuzu böyükdür.

Ölkədə indiyədək koronavirusa 12 minədək yoluxma, 688 ölüm halı qeydə alınıb.
(Azadliq.org)