SON XƏBƏR

Kərimovun 300 milyonluq yaxtası əlindən alındı – FOTO

May 06
10:54 2022
ABŞ-ın Rusiyaya qarşı sanksiyaları çərçivəsində rusiyalı oliqarx Süleyman Kərimova məxsus 300 milyon dollarlıq 107 metrlik "Amadea” adlı lüks yaxta ABŞ Ədliyyə Departamentinin tələbi və ABŞ-ın dəstəyi ilə Ficinin Lautoka şəhərində Federal Təhqiqat Bürosunun (FTB) qüvvələri tərəfindən ələ keçirilib.

Hit.az xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin baş prokurorunun köməkçisi Liza Monako Departamentin "qara pullar”la alınan hər yaxtanı müsadirə edəcəyini deyib.

Qeyd edək ki, milliyətcə ləzgi olan Süleyman Kərimov 1966-cı ildə Dərbənddə dünyaya gəlib. O, 1998-ci ildən "Nafta-Moskva” kompaniyasının sahibidir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook