Kənarına yaxınlaşdığımız uçurumdan uzaqlaşmalıyıq.
"Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell (Josep Borrell) İran-İsrail münaqişəsi haqda danışarkən deyib.
C.Borrell yaranmış gərgin situasiyada tərəfləri təmkinli olmağa çağırıb:
"İsraildən cavab gözləyirəm. Lakin ümid edirəm ki, bu, daha böyük gərginliyə səbəb olmayacaq. Biz uçurumun kənarındayıq və ondan uzaqlaşmalıyıq. Əyləcə basıb, sürəti azaltmalıyıq”.
Aİ rəsmisi həmçinin Təl-Əvivin ehtimal olunan qisası ilə bağlı xəbərdarlıq edib.
Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketlərlə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.