SON XƏBƏR

Kəmaləddin Heydərov üçün dəllallıq edən gömrük generalı kimdir? (VİDEO, FOTO)

İyul 13
05:52 2017
Əslən Laçın rayonundan olan Gülməmmədov Novruz İsmayıllı rayonu ərazisində Basqalaltı deyilən ərazidə "Şölətoğlu” ailəvi istirahət mərkəzi yaradıb.
 
Özünün deməsinə görə həmin obyekti şəxsi əmlakı və banklardan götürdüyü kredit hesabına qurub. Ümumilikdə yarımmilyondan artıq xərci çıxıb.
 
Bir neçə ay əvvəl Yusif adlı şəxs obyektə gələrək, Kəmaləddin Heydərovun Qəbələyə gedərkən həmin istirahət mərkəzini görüb, bəyənməsini ona bildirib. Buna görə də, Fövqəladə hallar nazirinin "Şölətoğlu” istirahət mərkəzini almaq fikrini iş adamına çatdırıb.
 
Yusif adlı həmin şəxs iş adamının Gömrük Komitəsinin sədr müavini gömrük xidməti general leytenantı Nazim Məmmədovla görüşməsini tövsiyyə edib.
 
Novruz Gülməmədov bildirir ki, 3 saat yarım müddətinə Nazim Məmmədovla diskusiya aparıb, sonda general ona Kəmaləddin Heydərovla görüşməyi təklif edib.
 
Fövqalədə Hallar naziri ilə görüşü alınmayan iş adamı yenidən Yusifin yanına göndərilib.
 
Yusif isə ona həmin obyektə görə 500 min manat ödəniləcəyini deyib. Amma əlavə şərt olub ki, həmin məbləğdən 100 min manat Nazim Məmmədova qaytarılmalıdır. Novruz Gülməmmədov isə bununla razılaşmayıb.
 
Bundan sonra iş adamına bildirilib ki, obyekti xoşluqla verməsə məhkəmə yolu ilə əlindən alına bilər. Novruz Gülməmmədov Ağsu rayon icra hakimiyyəti başçısının və Ağsu Rayon Polis Şobəsinin rəisinin də məsələ ilə bağlı minnətçi düşdüyünü də deyib.
 
Sahibkar məsələ ilə bağlı prezidentə, birinci vitse-prezidentə və Fövqəladə hallar nazirinə həm teleqramlar, həm də elektron müraciətlər etdiyini də bildirib.
 
Bizim isə FH naziri Kəmaləddin Heydərov və Gömrük Komitəsinin sədr müavini Nazim Məmmədovdan münasibət öyrənmək cəhdimiz alınmadı. Məsələ ilə bağlı qarşı tərəfin mövqeyi açıq olaraq qalır.
 
azadliq.info
 
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook