Kəlbəcərdə döyüş növbətçiliyi yüksək səviyyədə təşkil olunur - VİDEO
![](https://qlobal.az/photo/680x365/2023-06/1686638615_25d12700-5461-4481-80d2-d06712f1655a.jpg?1722065607)
İyun 13
10:43
2023
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyəti yüksək səviyyədə təşkil edilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, eləcə də döyüşə hazırolma və mənəvi-psixoloji vəziyyətin daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.