SON XƏBƏR

Jurnalist Ayxan Hacıbəyliyə 1 sutkalıq həbs cəzası verildi

Sentyabr 17
23:44 2016
Bu gün mitinqdən sonra saxlanılanların bir hissəsi sərbəst buraxılıb. 7 nəfər aksiya iştirakçısına 1 sutkalıq həbs cəzası verildiyi deyilir. Amma bu barədə rəsmi açıqlama hələ ki yoxdur, – Azadlıq Radiosu məlumat verir.
 
Saxlanılanların arasında Mariupol TV-nin (Ukrayna) əməkdaşı, Müsavat Partiyasının üzvü Ayxan Hacıbəyli də var. Ayxan Hacıbəyli MSDM-in üzvü Vaqif Hacıbəylinin oğludur, Müsavat başqanı Arif Hacılının qardaşı oğludur.
 
Ehtimal olunur ki, saxlanılanlar Müsavatın 18-sentyabr mitinqi başa çatdıqdan sonra sərbəst buraxılacaqlar.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook