"İzə nəşriyyatı" dərc etdiyi bu kitabda uşaqlara nə öyrədir? - FOTOLAR
Yanvar 10
12:23
2024
Azərbaycanda nəşr olunan dərs vəsaitlərində müşahidə olunan qüsurlar barədə dəfələrlə yazılıb. Dövlət və özəl nəşriyyatlar tərəfindən çap edilən dərslik və dərs vəsaitlərində bəzən texniki səhvlərlə yanaşı, kobud səhvlərə də yol verilir.
Qlobal.az xəbər verir ki, tapşırıqlarında səhv buraxılan kitablardan biri də "İzə Nəşriyyatı"nın dərc etdiyi 2-ci sinif üçün nəzərdə tutulan riyaziyyat test kitabıdır.
Kitabın 134-cü səhifəsinin 9-cu tapşırığında belə bir misal verilir:
"Yarım kiloqram çayın qiyməti 1 manat 50 qəpikdir. 4 kq çay alan alıcı satıcıya iki ədəd 5 manatlıq verdi. Satıcı ona nə qədər pul qaytardı?". Maraqlıdır ki, sualın cavab variantı kitabda yoxdur. Belə ki, cavab bəndlərində 6, 4, 3 və 10 rəqəmləri qeyd edilib.
Onu da deyək ki, kitabın müəllifi Orxan Bəyovla Yaqut İsayevadır. Orxan Bəyov həmçinin layihənin rəhbəridir.

Məsələ ilə bağlı "İzə Nəşriyyatı"ndan mövqe öyrənə bilmədik.
Qlobal.az