İstehlak kreditləri 8 milyarda çatıb: Böyük pullar Azərbaycandan necə çıxır?
Oktyabr 04
20:31
2024
"Təəssüf ki, Azərbaycanda əhalinin kütləvi üz tutduğu istehlak kreditlərinin həcmi durmadan artır. Son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artaraq, 8 milyard manata çatıb".
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, bu vəziyyət Azərbaycandan böyük pulların çıxması deməkdir:
"Çünki, istehsalı daxili təlabatı ödəyə bilməyən ölkələrdə istehlak krediti ölkədən çıxan pullara çevrilir. 8 milyard ölkəmizin ümumi kredit porfelinin təxminən 1/3 hissəsidir. Biznes kreditlərinin isə 60%-nə bərabərdir. Bu hədsiz mənfi xarakterizə ediləcək göstəricidir. Məsələn, "Kredit fəlsəfəsi"nin oylağı olan ABŞ-da verilən ümumi kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları istehlak kreditləridir ki, bu da ümumi kreditlərin 14%-i deməkdir.
Hələ nəzərə alsaq ki, ABŞ-da xərclənən isteklak kreditlərinin çox böyük hissəsi ölkənin daxilində qalır. Çünki əhali əsasən öz ölkəsində istehsal edilən telefonu, komputeri və digər malları alır. Bu da daxildə sahibkarlığı və istehsalı inkişaf etdirir. Amma Azərbaycan bu məhsulların hamısını xaricdən aldığı üçün istehlak kreditlərinə yönələn 8 milyard manatın böyük hissəsi bu məhsullarını aldığımız ölkələrə axıb gedir".
"Bu prosesdə malını bizə satan ölkələr də udur, istehlak krediti verən banklar da, bu malları ölkəmizə gətirib ticarəti quran subyektlər də. Bəs uduzan kimdir? Uduzan insanlar - istehlakçılardır. Onları kimsə buna məcbur etmir. Amma onlar bir birilə bəhsə getməklə özləri özlərini buna məcbur edirlər", deyə iqtisadçı alim əlavə edib.