İstanbulda Şuşanın azad olunması münasibəti ilə aksiya keçirilib
Noyabr 09
01:19
2020
İstanbulun "Beyazit meydanı”nda Azərbaycan Ordusunun son uğuru - Şuşa şəhərinin işğaldan azad olunması münasibəti ilə izdihamlı aksiyası təşkil olunub.
"Report”un yerli bürosu xəbər verir ki, aksiyada Türkiyənin müxtəlif şəhərlərində yaşayan həmvətənlərimiz və qardaş türk xalqının nümayəndələri iştirak ediblər.
Kütləvi tədbirdə ilk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Respublikasının İstanbul şəhərindəki vitse-konsulu Ramiz Hacızadə çıxış edib. O, Azərbaycan Ordusunun tarix yazdını bildirib, zəfər xəbərləri münasibətilə hər iki qardaş ölkəni təbrik edib. R.Hacızadə Ermənistanın Azərbaycana qarşı illərdən bəri davam etdirdiyi işğalçılıq siyasətindən bəhs edib, qardaş Türkiyənin Azərbaycana dəstəyinin qürurverici olduğun deyib.