SON XƏBƏR

İsraillə Rusiya arasında gizli danışıqlar

Dekabr 28
12:45 2015
Rusiya prezidenti Vladimir Putinin Suriya münaqişəsinin tənzimlənməsi məsələlərinə dair xüsusi nümayəndəsi Aleksandr Lavrentyev dekabrın 24-də İsraildə qısamüddətli səfərdə olub.
 
Virtualaz.org saytı xəbər verir ki, bu barədə İsrailin "Haaretz” qəzetində Barak Ravid xəbər yazıb.
 
Barak Ravid İsrail siyasi rəhbərliyindəki yüksək mənsəbli mənbələrə istinadən yazıb ki, A.Lavrentyevi İsrailə səfəri zamanı Rusiya XİN-in Yaxın Şərq Departamentinin direktoru Sergey Verşinin və Rusiya kəşfiyyat xidmətlərinin nümayəndələri müşayiət edib. Rusiya nümayəndə heyətinin üzvləri İsrailin Milli Təhlükəsizlik üzrə Şurasının rəhbəri, bu günlərdə "Mossad”ın xarici kəşfiyyat xidmətinə rəhbərlik edəcək Yosi Koen qəbul edib.
 
Danışıqlarda əsas mövzu Suriya problemi ilə bağlı olub. İsrail tərəfi bəyan edib ki, onun əsas tələbi budur: əgər anlaşma əldə olunacaqsa, onda Suriya ərazisindən İsrailə qarşı terror aktlarının təşkili və törədilməsi dayandırılmalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook