İsraildən Ərdoğanın şərtlərinə cavab verildi
Dekabr 15
18:52
2015
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ilə münasibətlərin normallaşması üçün üç şərt irəli sürmüşdü.
Musavat.com xəbər verir ki, İsrail tərəfinin Ərdoğana cavabı gecikməyib.
Belə ki, İsrail prezidenti rəsmi açıqlama verməkdən çəkinsə də, Xarici İşlər Nazirliyinin dövlət qəzetinə göndərdiyi açıqlamada "Türkiyədən üzr istədik. Təzminat ödəməyə də hazırıq. Lakin Ərdoğan Qəza sektorunun mühasirədən azad edilməsi mövzusunda danışmağı dayandırmalıdır. Çünki belə bir şeyin olmadığını Türkiyə də bilir” deyə qeyd edilir.
Qeyd edək ki, Ərdoğan "Türkiyə bu şərtlərin heç birindən imtina etməyəcək. Türkiyənin şərtləri öldürülmüş 9 türk vətəndaşının ailələrinə kompensasiyaların verilməsi, Türkiyədən üzr istənilməsi və Qəzza sektorunun mühasirədən azad edilməsindən ibarətdir” deyərək, bu məsələdə hələlik israrlı mövqe tutur.



