SON XƏBƏR

İsraildən Azərbaycanın bu ölkədə səfirlik açmaq qərarına reaksiya

Noyabr 18
17:02 2022
"Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətənidir”.

Qaynarinfo xəbər verir ki, bunu İsrailin Baş naziri Yair Lapid "Twitter"də yazıb. O, rəsmi Bakının İsraildə səfirlik açmaq qərarını alqışladığını bildirib:

"Səfirlik açmaq qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”.

Yair Lapid, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə təşəkür edib və ilk dəfə İsraildə səfirlik səviyyəsində təmsil olunacaq Azərbaycan xalqını təbrik edib.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook