İsrail vətəndaşı olan “AST Telman” niyə Rusiyaya verilmədi - Əsas versiyalar
Oktyabr 23
17:58
2021
AST Şirkətlər Qrupunun rəhbəri, bir vaxtlar Rusiyanın ən nüfuzlu iş adamlarından biri olan Telman İsmayılovun ("AST Telman”) Monteneqroda qəfil tutulduğu kimi, onun həbsdən azad edilməsi də gözlənilməz oldu. Hər halda, Rusiya telekanalları bu barədə xəbərlərində xüsusi təfərrüata varmırlar, amma belə anlaşılır ki, onun ekstradiyasiyanı tələb edən Rusiya İstintaq Komitəsi bu durumdan pərtdir.
2017-ci ildə barəsində axtarış verilən, iki sifarişli qətldə və silah alverində günahlandırılan T.İsmayılovun Monteneqrodan siyasi sığınacaq istədiyi(və ya istəyəcəyi) əvvəl gündən də məlum idi. Çünki iddia olunurdu ki, Moskvanı tərk etdikdən sonra bir müddət Fransaya sığınan, son illər isə Monteneqroda rahat yaşayan "AST Telman” oktyabrın 1-də həbs edilərkən üzərindən siyasi sığınacaq istəməsi barədə sənəd olub. Bunu İsmayılovun vəkili Marina Rusakova da təsdiqləmişdi. İsmayılovun vəkili bildirmişdi ki, onun müvəkkili ittihamların heç birində özünü təqsirkar bilmir: "Telman saxlanılarkən onun üstündə siyasi sığınacaq üçün müraciət etdiyini təsdiqləyən sənəd olub. Odur ki, onun saxlanılması qanunsuzdur”. Musavat.com T.İsmayılov saxlanılanda da yazmışdı ki, qətllərdə günahlandırılsa da, o, xaricdə özünə"siyasi sığınacaq almaq üçün "səbəblər” tapa bilərdi. T. İsmayılov iddia edirdi ki, onunla bağlı istintaq sifarişlidir və siyasidir. Bu məsələdə T.İsmayılovun arqumentləri də olmamış deyil. Çünki T.İsmayılovun problemləri 2010-cu ilin payızında, Rusiya hakim elitası daxilində baş verən çəkişmələrdən, Moskvanın 18 illik meri, ölkə siyasətinin aparıcı fiqurlarından və hakim "Vahid Rusiya” Partiyasını yaradanlardan biri mərhum Yuri Lujkovun işdən qovulmasından sonra başlamışdı. Lujkov işdən çıxarılan kimi Kreml "qırğıları” ona qarşı kompromat müharibəsinə başladılar. Lujkovun istefasından sonra onun T.İsmayılovla münasibətləri haqda geniş materiallar TV-lərə ötürüldü. Lujkov T.İsmayılovla əlbir olmaqda və uzun müddət onun "Çerkizovski” bazarında hökm sürən qanunsuzluqlara şərait yaratmaqda ittiham edildi. Bildirilirdi ki, Lujkovla dostluğundan istifadə edən "AST Telman” şirkətlərini vergidən yayındırıb. Lujkov siyasi səhnədən çəkilən kimi "Çerkizovski” bazarı bağlandı, T.İsmayılovun nəhəng biznesinin çöküşü başladı.
Məlumdur ki, T. İsmayılovla yanaşı qardaşı Vaqif də bu ittihamlar üzrə axtarışa verilib. "AST Telman”ın daha bir qardaşı-Rafiq İsmayılov isə 2016 -cı ilin noyabrında saxlanılıb. 2020-ci ilin fevralında Rafiq İsmayılov 17 il müddətinə azadlıqdan məhrum edilib. Əlbəttə, birdən birə üç qardaşın qətldə ittihamı, bir qardaşın uzun müddətli həbsi də T.İsmayılovun "əlini möhkəmləndirən” fakt ola bilərdi. Amma əlbəttə, başqa səbəblər də olmamış deyil.
Bunlar sırasında T.İsmayılovun vətəndaşlığı məsələsi də var. Məlumdur ki, Azərbaycanda anadan olan T.İsmayılov yəhudi kökənlidir. Bu səbəbdən də hələ illər öncə İsrail vətəndaşlığı alıb. Onun İsrailin siyasi və biznes dairələri ilə münasibətləri olduğu da sirr deyil. İsrail baş nazirinin Soçiyə səfəri başladığı saatlarda verilmiş qərar təsadüf ola bilər, amma diqqətçəkən faktdır...
Qeyd edək ki, "AST Telman”la bağlı qərar Monteneqro da heç də birmənalı qarşılanmayıb. Məlumatlara görə, ölkə parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin sədri Milan Knejeviç qərarı pisləyib. O deyib ki, T.İsmayılova siyasi sığınacaq verilməsi üçün Daxili İşlər Nazirliyinə və məhkəməyə "nüfuzlu şəxslər” tərəfindən təzyiq göstərilib. "Ona siyasi sığınacaq verilməsi bütün qaçaq cinayətkarlar üçün reklam olacaq”, deyə Knejeviç bildirib. Deputatın dediyindən də aydın olur ki, Monteneqroda verilmiş qərar elə-belə deyil, T.İsmayılov üçün həqiqətən də xahiş və "təzyiq” edilib.
T.İsmayılovun həbsi barədə qərar ilk dəfə 2017-ci il oktyabrın 30-da verilib. O, həmin zaman artıq ölkədə deyildi və Fransaya yerləşmişdi. "AST Telman” hazırda axtarışda olan qardaşı Vaqfiq İsmayılovla birgə iş adamı Vladimir Savkinin qətlində suçlanır. Həmin qətl 2016-cı ilin mayında baş verib. Savkinlə T.İsmayılovun qardaşının şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5 milyon dolları verməyib.
İstintaqa görə, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.
Qətldən az sonra R.İsmayılov saxlanılsa da, o zaman "əli hər yerə çatan” qardaşı Telman hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb. Savkinin oğlunun davamlı şikayətlərindən sonra isə məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb. T.İsmayılovun vəkili o zaman iddia edirdi ki, azərbaycanlı killer istintaqla danışığa gedib və müdafiə etdiyi iş adamına şər atır.
T.İsmayılova ikinci ittiham "Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Vəkili "AST Telman”ın şərləndiyini desə də, qardaşları "satan” təkcə həbsdə olan killer deyildi
T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşin idi. Bildirilirdi ki, Qavryuşin İsmayılov qardaşlarına "kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşinin indi də dövlətin qoruması altında olduğu deyilir.
Qavryuşindən əvvəl isə İsmayılovların əleyhinə daha bir yaxın adamı-Harri Boleçerkovski ifadə vermişdi. Boleçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib.
Daha bir sensasion məqam isə T.İsmayılovun qanunsuz silah satışında əli olması ilə bağlıdır. Bu barədə o zaman da, indi də əlavə bilgi verilmir. Amma Rusiya televiziyaları indi bu faktı daha çox qabardırlar...
Mənbə: Musavat.com