İsrail və Fələstin nümayəndələri BMT TŞ-nın iclasında iştirak edəcəklər
May 16
12:00
2021
İsrail və Fələstin nümayəndələri, eləcə də BMT-nin Baş katibi Antoniu Quterriş bu gün Təhlükəsizlik Şurasının (TŞ) bölgədəki gərginliklə bağlı açıq iclasında çıxış edəcəklər.
"Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə qurumdakı mənbə bildirib.
"İclasda Təhlükəsizlik Şurasının 15 üzv dövlətindən başqa Fələstin, İsrail, həmçinin İordaniya və Misir də daxil olmaqla bir sıra regional ölkələrin nümayəndələri iştirak edəcəklər”, - mənbə deyib.
Bu, Təhlükəsizlik Şurasının bir həftə ərzində Fələstin-İsrail məsələsinə dair sayca üçüncü iclası olacaq. Lakin iclas ilk dəfə olaraq açıq formatda və münaqişə tərəflərinin iştirakı ilə keçiriləcək.