SON XƏBƏR

İsrail Prezidentinin Türkiyəyə səfər tarixi açıqlanıb

Fevral 15
13:52 2022
İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə səfər tarixi müəyyənləşib.

"Report” xəbər verir ki, bu barədə "TRT Haber” məlumat yayıb.

Bildirilib ki, İsrailin dövlət başçısının Türkiyəyə səfəri martın 9-10-da baş tutacaq.

Qeyd edək ki, Türkiyə ilə İsrail arasında münasibətlərin pozulmasının təməli 2009-cu il yanvarın 29-da İsveçrənin Davos şəhərində "Qəzza: Orta Şərqdə sülh" mövzusunda keçirilən konfransda qoyulub. Belə ki, Türkiyənin o zamankı Baş naziri R.T.Ərdoğan İsrailin həmin dövrdəki Prezidenti Şimon Peres çıxış edərkən İsraili fələstinlilər münasibətdə obyektiv və ədalətli davranmamaqda qınayaraq, "one minute" ("bir dəqiqə") deyərək dövlət başçısının sözünü kəşmişdi. Bundan sonra tərəflər arasında diplomatik qalmaqal yaşanmışdı.

2010-cu il mayın 31-də isə Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olmuşdu. Həmin hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülmüşdü. Bundan sonra isə iki ölkə arasında vəziyyət böhran həddə çatmışdı. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmışdı və iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi.
2016-cı ildə diplomatik əlaqələr yenidən bərpa olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook