İspaniyada Kralın doğum gününün bayram kimi qeyd olunması təklif olunur
Yanvar 31
15:35
2016
İspaniya Kralı VI Felipe yanvarın 30-da doğum gününü qeyd edib. Monarxın 48 yaşı münasibətilə ölkədə fəaliyyət göstərən "İspaniya monarxiya platforması" adlı assosiasiya bu tarixin İspaniyada milli bayram kimi qeyd olunmasını təklif edib.
İspaniyada monarxiyanın tərəfdarlarını birləşdirən assosiasiyanın üzvləri hesab edirlər ki, bir sıra digər Avropa monarxları kimi, VI Felipenin də doğum günü ölkəsində dövlət bayramı kimi qeyd olunmalıdır. Onlar bunun cəmiyyəti birləşdirəcək bir dəyər olacağını hesab edirlər.



