SON XƏBƏR

İslam Ordusundan Səudiyyəyə dəstək

Yanvar 04
18:39 2016
Suriyada Zaxran Alluşun öldürülməsi ilə gündəmə gələn cihadçı İslam Ordusu təşkilatı Səudiyyə Ərəbistanının İranla diplomatik əlaqələri kəsmək qərarına dəstək verib.
 
Axar.az xəbər verir ki, bu barədə məlumatı Röyter xəbər agentliyi yayıb.
 
Səudiyyə Ərəbistanının rəhbərliyi ilə Suriyada yaradılan İslam Ordusu İranın şiə birləşmələrini dəstəkləyərək Yaxın Şərqdə sabitliyi pozduğunu iddia edib.
 
Suriya hökumətinə qarşı döyüşən təşkilat İranı məzhəblərarası münaqişəni alovlandırmaqda günahlandırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook