İsa Qəmbər oğlunun saxlanılmasından danışdı
Avqust 18
11:28
2016
İsa Qəmbərin oğlu Turqut Qəmbər saxlanılıb.
Qlobal.Az xəbər verir ki, İsa Qəmbərin oğlu Turqut Qəmbər bu gün saxlanılıb. Sosial şəbəkədə yayılan məlumata görə, Turqut Qəmbər bu gün mülki geyimlilər tərəfindən saxlanılıb.
İnterpress.az oğlunun həbsi ilə bağlı keçmiş "Müsavat" Partiyasının başqanı İsa Qənbərlə əlaqə saxlayıb. O bildirib ki, oğlu Turqut Qəmbər Gənc Nidaçıların məhkəməsində olub. Məhkəmə bitəndə sonra mülki geyimdə bir neçə şəxs yaxınlaşıb. Baş prokurorluğa aparılıb. Hansı səbəbdən aparıldığı bəlli deyil. Hələ ki bunu saxlanma adlandıraq.
Qlobal.az



